BURADA REKLAMINIZ OLA
BİLƏR

“İşğalçılara qarşı hansısa bir əməliyyat olan kimi “sülh quşu”na dönürlər, müharibəni pisləyirlər, “ölüm-itim olmasın” deyirlər...” - Natiq Cəfərli

“Sosial şəbəkələrdə bir qrup insan var, nə ideoloji duruşları bəllidir, nə düşüncə tərzləri... Çox güman epotaj axtarırlar, amma bunun da mənasını bilmirlər, 5 aydan çoxdur, Ukraynada müharibəni dəstəkləyirlər, Ukrayna xalqının işğalçılara qarşı haqlı savaşının yanında olduqlarını deyirlər, bizim əsgər bir güllə atanda və ya işğalçılara qarşı hansısa bir əməliyyat olan kimi “sülh quşu”na dönürlər, müharibəni pisləyirlər, “ölüm-itim olmasın” deyirlər, düz deyirlər, amma doğru etmirlər, insanın bir tutumu, bir yanaşması, bir mövqeyi olar...”

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

“Bundan başqa heç bir ağlı başında olan şəxs müharibə, qan-qada istəməz, amma Ukrayna xalqı işğalçılara qarşı necə haqlı döyüşürsə, Azərbaycan xalqı da işğalın tam bitməsinə çalışmalıdır, bu gün bütün düyünlər çözülməlidir ki, sabah müharibə olmasın, insanlar ölməsin, regionda sülh və əminəmanlıq bərqərar olsun! Bunun yolu isə ərazi bütüvlüyünün tam bərpasından və "rusməramlıların" ölkədən çıxarılmasından keçir. Bu, strateji hədəf olmalı, hər kəs əlini daşın altına qoymalıdır ki, bir daha torpaqlarımızda qan tökülməsin, şəhid xəbərləri ilə ürəyimiz qan ağlamasın! Sülhün yolunu kəsən “Şimal əjdahasıdır”, onun ağzından isə “od” yox, “buz” çıxır, münaqişəni “dondurmaq” istəyir, bunu bacarsa, sabah övladlarımız müharibə təhlükəsi, ölüm təhdidi ilə yaşamalı olacaq, buna yol vermək olmaz!” – N.Cəfərli qeyd edib.

Tarix: 4 Avqust 2022, 15:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin