BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda tanışını bıçaqlayan şəxsə 6 il 6 ay HƏBS

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Frəid Rzaxanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2021-ci ilin sentyabrında paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsində qeydə alınıb.

 

Belə ki, F. Rzaxanov tanışı, 1994-cü il təvəllüdlü Vəkilov Məcidbəy Qasımağa oğluna şəxsi münasibətlər zəminində döş qəfəsindən 2 bıçaq zərbəsi endirib.

 

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

 

Daha sonra F. Rzaxanov saxlanıb və barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 4 Avqust 2022, 16:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin