BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəşid Mahmudov: “Ermənilər qanunlarımıza tabe olacaqlarsa, yaşaya biləcəklər, razılaşmırlarsa, çıxıb getsinlər”

“Azərbaycan erməni təxribatlarına qarşı cavab əməliyyatlarını mütləq şəkildə həyata keçirməlidir. Görün ermənilər orada nə hoqqa çıxarırlar... Bunu cavabsız qoymaq olmaz. Bizimkilər çox düzgün şəkildə davranır və onları yerində oturdurlar”.

 

Bunu Pravda.az-a açıqlamasında tibb elmləri namizədi Rəşid Mahmudov deyib.

 

R.Mahmudov qeyd edib ki, bu əməliyyatın nəticəsi Azərbaycan üçün çox yaxşı olacaq: “Xankəndi və ümumiyyətlə, oradakı torpaqlar bizimdir. Ermənilər qanunlarımıza tabe olacaqlarsa, yaşaya biləcəklər, razılaşmırlarsa, çıxıb getsinlər”.

 

Leyla Yusubova

Tarix: 4 Avqust 2022, 18:20   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin