BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Zakir Qaralovun şirkəti yenidən məhkəməyə verildi

"Caspian Supplies AZE" MMC “Akkord” şirkətlər qrupuna daxil olan "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ilə bağlı məhkəməyə müraciət edib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub.
 

Belə ki, "Caspian Supplies AZE" şirkəti alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
 

İddia hakim Ülkər Həsənovanın sədrliyi ilə araşdırılacaq.
 

Məhkəmənin ilkin hazırlıq iclası hələlik açıqlanmayıb.
 

Qeyd: Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 6 milyona yaxın vergi borcu var.

 

Kamal Məmmədov 

Tarix: 5 Avqust 2022, 08:04   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin