BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Məsələni uzatsalar, toqquşma qaçılmaz olacaq”

“Azərbaycan aylardır Laçına alternativ yolun tikintisini apararırdı, bunu Qarabağ erməniləri, rusiyalı sülhməramlılar və İrəvan da görürdü. Rəsmi Bakı onu da elan etmişdi ki, yay aylarında alternativ yolun tikintisi başa çatacaq. İrəvan bunu da görür və etiraz etmirdi. Buna baxmayaraq, Nikol Paşinyan dəhlizin Ermənistan hissəsinin tikintisinə başlamırdı. Görünür, o radikal müxalifətdən və Qarabağdakı erməni separatçılarının haray-həşirindən qorxurdu”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

“İndi isə vəziyyəti özü üçün daha da mürəbkkəbləşdirib. Yol hazırdır, Laçını boşaldıb alternativ yoldan istifadə etməlidirlər Ermənistana uzaqbaşı bir ay güzəşt edilə bilər, yenə məsələni uzatsalar, toqquşma qaçılmaz olacaq” – E.Şahinoğlu qeyd edib.

 

Kənan

Tarix: 4 Avqust 2022, 20:52   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin