BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri Londonda səfirliyə hücumla bağlı Allahşükür Paşazadəyə səsləndi: Susma!

“Bu olay əsl terrordur. Azərbaycanın Böyük Britaniyada fəaliyyət göstərən səfirliyinə hücum Azərbaycan dövlətinə qarşı hücumdur, bu hücumu təşkil və icra edənlər ən ağır formada cəzaya məhkum edilməlidirlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

 

Partiya sədrinin sözlərinə görə, Azərbaycan dövlətinə qarşı məlum terror aktını İrana bağlı “Mehdi Xidmətçiləri” adlı radikal şiə qruplaşması öz üzərinə götürüb: “Heç şübhəsiz ki, bu olayın arxasında kimlərin dayandığını artıq göz önündədir… Bir neçə müddətdir, oxşar əməllərin Bakı küçələrində də qadın maskası altında gizlədilmiş əlaltıları vasitəsilə edilməsinə cəhdlər edilib. Küçə-küçə şüarlar yazılması, küçələrdə haray-həşir salma cəhdlərini buna misal göstərmək olar. Heç şübhəsiz ki, Azərbaycan hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı nəticəsində bu kimi təxribatların qarşısı zamanında alınıb. Təxribatlara rəğmən nə yazıqlar ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi və şəxsən Allahşükür Paşazadə ağzını açıb bir kəlmə belə olsun deməyib, inanclı kəsimə təxribatlarla bağlı çağırış etməyib… Burada da ortaya maraqlı sual çıxır: Sən baş verənlər fonunda özünə rəhbər bildiyin ağaların qarşısında susacaqsansa, o zaman kimə lazımsan?! Buradan bir daha Gələcək Azərbaycan Partiyası olaraq bəyan edirik: Bu aksiyanı təşkil edənlər, o cümlədən onların Azərbaycanda olan havadarları və əlaltıları, eyni zamanda himayədarları tapılıb layiq olduqları ən ağır cəzaya məhkum edilməlidir! Əminəm ki, Azərbaycan hüquq mühafizə orqanları bu işin də layiqincə öhdəsindən gələcək. Uğur olsun…”

Tarix: 4 Avqust 2022, 23:55   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin