BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekspert: “Bakıya azərbaycanlıları daim təhqir edən Edgar Elbakyan adlı erməni gədəni də gətirmişdilər”

Tanınmış hərbi ekspert, keçmiş briqada komandirinin müavini, ehtiyyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov ölkə mediasının gündəmini zəbt etmiş qarşılıqlı jurnalist səfərlərinə çox səırt təpki göstərib:

 

"Daha çox Rusiya tərəfinin cənfəşanlığı ilə gizli həyata keçirilmiş Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri şəxsi düşüncəmə görə çox uğursuz və mənasız bir tədbir oldu. Özü də bunu heç də şişirtmək-filan lazım deyil. Erməni erməniliyini heç vaxt dəyişən deyil və onu başa salacaq yeganə güc və qüvvə Azərbaycanın qeyrətli ƏSGƏRİ olacaq. Çox primitiv və çiy hazırlanmış bu tədbir hər baxımdan Azərbaycan üçün zərərlidir. Kim bunun əksini subut edə bilər, gəlsin xalq qarşısında əlini vicdanın üstünə qoyub desin ki, bu tip tədbirlərin hansısa əhəmiyyəti olacaq. Xeyr və yüz dəfə xeyr. Bu sadəcə Azərbaycanın başını qatmaq üçün növbəti hiylədir və bunu özünüz də çox tezliklə görəcəksiniz. Belə oyunlar artıq 20 ilə yaxındır ki, oynanılır və belə gedişlə bir bu qədər də çalışılacaq ki, vaxt udmaq üçün bu tip mənasız tədbirlər həyata keçirilsin. Belə tədbirlərdən birinin iştirakçısı kimi biz 2001-ci ildə ən azından Ermənistanın o vaxtkı müdafiə naziri, sonradan isə bədnam qonşularımızın prezidenti olan Serj Sarkisyanla görüşdük. Bəs bu dəfə bu 3 erməni dığası və bizdən çox böyük səhv edib ora gedən 3 nəfər çoxlarının tanımadığı jurnalistlər orada nəyi edə bildilər və nəticəsi nə oldu? Olmaya bu şəxslər də ermənilərə dil-ağız töküblər ki, siz Allah geri addım atın?. Mən erməni və onlara havadarlıq edən rusların səmimiliyinə o vaxt inanardım ki, onlar işğal altında olan ərazilərimizə baxmaq üçün azərbaycanlı jurnalistlərə şərait yaradaydılar. Yaratdılar? Əlbəttə ki, yox, və səfərin də çox gizli hazırlanması onu deməyə əsas verir ki, nə Azərbaycanda, nə də Ermənistanda hazırkı mərhələdə heç kim bu cür qeyri-ciddi hoqqabazlıqları nə görmək istəmir, nə də belə mənasız təmaslarda iştirak etmək fikrində deyillər. ATƏT-in Minsk Qrupunun bivec həmsədrlərinin dişsizliyi və lazımsızlığı onda açıq görünür ki, onlar öz müftəxorluğunu, erməni maraqlarına daha çox xidmət göstərmək missiyasını uzatmaq üçün belə mənasız, özlərinin hesabatları üçün  bu cür hiylələrə əl atırlar. Biz heç bir halda buna imkan verməməliyik. Ermənilərə və ATƏT-in bivec həmsədrlərinə konkret vaxt verilməlidir ki, əgər onlar beynəlxalq hüquq və normalar çərçivəsində işğalçını başa sala bilməsələr, Azərbaycan 2020-ci ilin birinci yarısında danışıqlar prosesindən çıxacaq və yerdə qalan qərarları təkbaşına qəbul edəcək. Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələrinin erməni jurnalistləri ilə görüşü şəxsən mənə o qədər də aydın olmadı. Ermənilərə inansaq, onlar deyir ki, görüş “konstruktiv olub". Fikir verin. Ermənilər deyir ki, onların təhlükəsizliyi yüksək səviyyədə qorunub. Guya bunlar "bir ordu" gəlibmişlər və içərilərində də "Rembo" və ya əli pulemyotlu Şvartsneqr olub. Demək lazımdır ki, siz kimə lazımsınız ki, özünüzü bu qədər şişirdib dağ başına çıxarırsınız?!

 

Ermənistan tərəfdən Azərbaycana “Şant” telekanalının icmalçısı Artyom Yerkanyan, “Mediamaks” xəbər agentliyinin baş redaktoru David Alaverdyan və nə qədər qəribə səslənsə də qondarma "Artsax"ın  İctimai Televiziyanın jurnalisti, Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunamütəmadi səfər edib şəkillər paylaşan, azərbaycanlıları və türkləri daim təhqir edən, aşaılayan  Edgar Elbakyan adlı şərəfsiz bir gədəni də gətirmişdilər.  Azərbaycan tərəfdən isə Ermənistana Trend xəbər agentliyinin baş redaktoru Elçin Vəliyev, 1news.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Kavkaza”nın Azərbaycandakı müxbiri Orxan Yolçiyev səfər ediblər. Bu adları da tarxi üçün yadda saxlamaq lazımdır ki, gələcəkdə baş verəcək hadisələr fonunda bu şəxslərin gözlərinin içinə baxmaq imkanları olsun". Moderator.az

Tarix: 25 Noyabr 2019, 00:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin