“Radikal bir dini qrupun Birləşmiş Krallıqdakı səfirliyimizin binasına zorakı yolla daxil olaraq, vandalizm aktı törətməsi, vandalların Azərbaycan bayrağına hörmətsizlik edib binanın eyvanında dini bayraqlar qaldıraraq radikal dini şüarlar səsləndirməsi hər şeydən öncə Beynəlxalq hüququn pozuntusudur. Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası, Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası, BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyası kimi sənədlər beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə, onun xidməti və ya yaşayış sahələrinə, yaxud, nəqliyyat vasitələrinə hücumu yolverilməz hesab edir. 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində qeyd edilir ki, "diplomatik nümayəndəliklərin binaları istənilən müdaxilədən, zərər yetirilməsindən qorumaq nümayəndəliyinin rahatlığının hər cür pozulması hallarının qarşısını almaq üçün qəbul edən dövlət bütün müvafiq tədbirləri görməlidir". Əlbəttə, biz inanırıq ki, rəsmi London belə bir hadisənin yaşanmasını arzu etməzdi, lakin 1961-ci il Konvensiyasına əsasən, heç şübhəsiz ki, baş verənlərə görə səfirliyin yerləşdiyi ölkə məsuliyyət daşıyır”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Bəhruz Məhərrəmov bildirib.
B.Məhərrəmov qeyd edib ki, beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinin xidməti sahəsinə hücum etmə Azərbaycan Cinayət Məcəlləsinin 102-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır: “Azərbaycan Cinayət qanununun ölkə ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsini müəyyən edən 12-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda, bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda Azərbaycan cinayət qanunu əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Yəni, Britaniya məhkəmələri bu əməli cinayət hesab edib, vandalları məhkum etməzsə, onları məhkum etmək bizim haqqımızdır. Məsələnin siyasi tərəfinə gəlincə, məlumdur ki, Azərbaycan səfirliyinə hücuma görə məsuliyyəti Böyük Britaniyada yaşayan Küveytdən olan şəxslərin yaratdığı şiə təşkilatı - "Mehdi Qulluqçular Birliyi" öz üzərinə götürdü və heç şübhəsiz ki, baş verən hadisəni təsadüf hesab etmək olmaz. Prezident İlham Əliyevin müasir mürəkkəb geosiyasi şəraitdə müstəqil, balanslı siyasəti, onun rəhbərliyi altında ölkənin artan nüfuzu və hərbi-siyasi qüdrəti kimləri narahat edir, aşağı -yuxarı bizə bəllidir. Xüsusən, indiki həssas dönəmdə "Qisas" əməliyyatı ilə yalnız ermənini yox, onun havadarlarını da yerində oturtmağımızı çoxları həzm edə bilmir. Bu çərçivədə, Azərbaycanın mövqeyinin zəiflədilməsinə, qonşularla münasibətlərin gərginləşdirilməsinə yönəli təxribat cəhdlərinin artıq şahidi olmaqdaydıq. Bildiyiniz kimi, "Qisas" əməliyyatından dərhal sonra İranın Azərbaycanla sərhəddə hərbi texnika yığması ilə bağlı sonradan feyk olduğu ortaya çıxan məlumatlar yayılmışdı. Heç şübhəsiz ki, bir gün sonra şiəliyi qabardaraq Londonda səfirliyimizə hücumun gerçəkləşdirilməsi, dünənki uğursuz cəhdin davamıdır və əlbəttə, burada əsas məqsəd Tehran-Bakı münasibətlərinin gərginləşdirilməsi ola bilər. Bu mənada, hesab edirəm ki, İran tərəfinin, ən azı İranın Azərbaycandakı səfriliyinin simasında Londonda "Mehdi Qulluqçular Birliyi" şiə hərəkatının Azərbaycan səfirliyinə hücumunu pisləyən bəyanatla çıxış etməsi qonşuluq münasibətlərimizin yeni səviyyəsinə yaraşan bir davranış olar. Eyni zamanda bu məsələdə bütövlükdə İslam dünyasının qəti mövqe nümayiş etdirməsi Qərb təfəkküründə bəzi hallarda eyniləşdirilən islam və radikalizm amillərinin əks qütblər olduğunu göstərmək üçün yaxşı bir imkan olar. Məsələyə hüquqi qiymət verilməsinə gəlincə, həm vətəndaşlarımız, həm də hadisənin arxasında dayananlar, icraçısı ilə birlikdə, təşkilatçı, təhrikçi və köməkçi qismində prosesdə barmağı olan hər kəs bilsin ki, gözləmədiyi yerdə və gözləmədiyi anda Azərbaycanın Dəmir yumruğunu başında hiss edəcək. Hər kəs də əmin ola bilər ki, belə cılız aktlarla bölgənin yüksələn ulduzu olan Azərbaycanın inkişafının, güclənməsinin qarşısını almaq, bizi yolumuzdan döndərmək mümkün deyil”.
13 Oktyabr 13:07
13 Oktyabr 13:07
13 Oktyabr 13:03
13 Oktyabr 12:59
13 Oktyabr 12:57
13 Oktyabr 12:53
13 Oktyabr 12:43
13 Oktyabr 12:41
13 Oktyabr 12:35
13 Oktyabr 12:28
13 Oktyabr 12:22
13 Oktyabr 12:20
13 Oktyabr 12:18
13 Oktyabr 12:15
13 Oktyabr 12:05
13 Oktyabr 12:03
13 Oktyabr 11:59
13 Oktyabr 11:57
13 Oktyabr 11:51
13 Oktyabr 11:50
13 Oktyabr 11:46
13 Oktyabr 11:44
13 Oktyabr 11:42
13 Oktyabr 11:38
13 Oktyabr 11:36
13 Oktyabr 11:34
13 Oktyabr 11:31
13 Oktyabr 11:27
13 Oktyabr 11:19
13 Oktyabr 11:15
13 Oktyabr 11:14
13 Oktyabr 11:10
13 Oktyabr 11:05
13 Oktyabr 10:59
13 Oktyabr 10:56
13 Oktyabr 10:47
13 Oktyabr 10:46
13 Oktyabr 10:44
13 Oktyabr 10:41
13 Oktyabr 10:38
13 Oktyabr 10:35
13 Oktyabr 10:31
13 Oktyabr 10:31
13 Oktyabr 10:27
13 Oktyabr 10:23
13 Oktyabr 10:23
13 Oktyabr 10:13
13 Oktyabr 10:06
13 Oktyabr 10:02
13 Oktyabr 10:02
13 Oktyabr 09:58
13 Oktyabr 09:56
13 Oktyabr 09:54
13 Oktyabr 09:50
13 Oktyabr 09:48
13 Oktyabr 09:37
13 Oktyabr 09:15
13 Oktyabr 09:12
13 Oktyabr 08:49
13 Oktyabr 08:44
13 Oktyabr 08:37
13 Oktyabr 08:35
13 Oktyabr 08:32
13 Oktyabr 08:24
13 Oktyabr 08:19
13 Oktyabr 08:16
13 Oktyabr 08:10
13 Oktyabr 08:05
13 Oktyabr 06:35
13 Oktyabr 06:32
13 Oktyabr 02:09
12 Oktyabr 23:39
12 Oktyabr 23:31
12 Oktyabr 23:11
12 Oktyabr 22:31
12 Oktyabr 22:28
12 Oktyabr 22:27
12 Oktyabr 22:22
12 Oktyabr 21:33
12 Oktyabr 21:30
12 Oktyabr 21:27
12 Oktyabr 20:15
12 Oktyabr 19:23
12 Oktyabr 19:01
12 Oktyabr 18:33
12 Oktyabr 18:28
12 Oktyabr 18:20
12 Oktyabr 18:17
12 Oktyabr 18:10
12 Oktyabr 18:07
12 Oktyabr 18:04
12 Oktyabr 18:01
12 Oktyabr 17:55
12 Oktyabr 17:49
12 Oktyabr 17:45
12 Oktyabr 17:42
12 Oktyabr 17:36
12 Oktyabr 17:35
12 Oktyabr 17:27
12 Oktyabr 17:25
12 Oktyabr 17:15
12 Oktyabr 17:09
12 Oktyabr 16:51
12 Oktyabr 16:49
12 Oktyabr 16:47
12 Oktyabr 16:42
12 Oktyabr 16:35
12 Oktyabr 16:28
12 Oktyabr 16:20
12 Oktyabr 16:15
12 Oktyabr 16:09
12 Oktyabr 16:07
12 Oktyabr 16:04
12 Oktyabr 16:03
12 Oktyabr 15:59
12 Oktyabr 15:59
12 Oktyabr 15:57
12 Oktyabr 15:53
12 Oktyabr 15:33
12 Oktyabr 15:30
12 Oktyabr 15:26
12 Oktyabr 15:25
12 Oktyabr 15:23
12 Oktyabr 15:21
12 Oktyabr 15:20
12 Oktyabr 15:17
12 Oktyabr 15:15
12 Oktyabr 15:12
12 Oktyabr 15:10
12 Oktyabr 15:00
12 Oktyabr 14:55
12 Oktyabr 14:49
12 Oktyabr 14:45
12 Oktyabr 14:43
12 Oktyabr 14:41
12 Oktyabr 14:35
12 Oktyabr 14:35
12 Oktyabr 14:32
12 Oktyabr 14:28
12 Oktyabr 14:27
12 Oktyabr 14:25
12 Oktyabr 14:22
12 Oktyabr 14:16
12 Oktyabr 14:14
12 Oktyabr 14:08
12 Oktyabr 13:56
12 Oktyabr 13:54
12 Oktyabr 13:50
12 Oktyabr 13:48
12 Oktyabr 13:38
Ən son xəbərləri səhifəmizdən də izləyin