BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Londonda baş verən hadisə növbəti mesaj və xəbərdarlıq mahiyyəti daşıyır”

“Bu gün həm daxildə, həm də xaricdə müəyyən qruplar Azərbaycanda dini durumu gərginləşdirməyə çalışırlar. Məhz elə bu məqsədlə də müxtəlif addımlar atırlar. Londonda baş verən hadisə də növbəti mesaj və xəbərdarlıq mahiyyəti daşıyır. Bu, onu göstərir ki, müəyyən radikal qruplaşmalar ölkəmizə qarşı təxribatları davam etdirirlər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

Deputat bildirib ki, bu baxımdan Azərbaycanın qarşısında mühüm vəzifələr var: “Həm daxildə, həm də xaricdə belə qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində çox ciddi addımlar atmalıyıq. Bu kimi cəhdlərin qarşısı qətiyyətlə alınmalıdır. Əks halda, biz növbəti mərhələdə ölkəmizdə ciddi porblemlərlə üzləşə bilərik. Son hadisə bizdən düşünülümüş, ölçülüb-biçilmiş addımların atılmasını tələb edir”.

 

Aytəkin Qardaşova

Tarix: 5 Avqust 2022, 11:02   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin