BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyev sərəncam imzaladı

Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədilə yaradılan komissiyanın tərkibində dəyişiklik edilib.

 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında” Azərbaycan Prezidentinin sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

 

Dəyişikliklə Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

 

Komissiyanın sədri

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri

 

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

 

Azərbaycan Respublikasının daxili işlər naziri

 

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

 

Azərbaycan Respublikasının ədliyyə naziri

 

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

 

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri.

Tarix: 5 Avqust 2022, 12:30   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin