BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Elmar Məmmədyarov: “Səfirliyimizə hücumun kim tərəfindən təşkil edildiyindən danışsaq, “cümə axşamı söhbətləri” olacaq”

“Artıq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Bu, doğrudan da, ciddi hadisədir. Çünki birmənalı olaraq Vyana Konvensiyasının şərtləri pozulub. Konvensiyaya əsasən səfirliyi qorumaq birbaşa onun yerləşdiyi ölkənin öhdəliyidir. Azərbaycanda özünüz də görürsünüz ki, səfirliklərin önünə post qoyulur. Bəzi ölkələrdə də belədir. Post olmasa belə, nəzarət tam şəkildə olmalıdır. Eyni qayda Londondakı səfirliyimizdə də olmalı idi. Bəs necə oldu hücum edildi? Görüntülərdə də aydın görünür ki, sayları çox deyil. Deməli, səfirliyin təhlükəsizliyinin qorunmasında böyük nöqsanlar var”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

 

O bildirib ki, hücum edənlər polis tərəfindən saxlanılıb, lakin Britaniya hökumətinin bundan sonra hansı addım atacağı daha önəmlidir: “Gözləyək görək, Britaniya hökuməti buna necə reaksiya verəcək? Saxlanılan adamları yenidən azadlığa buraxacaqlar, yoxsa həbsə atılacaqlar? İlk növbədə Azərbaycan tərəfinin tələbləri önəmlidir. Əlbəttə, tələb edilməlidir ki, Azərbaycan səfirliyi Britaniyada ciddi qorunsun”.

 

E.Məmmədyarov səfirliyə hücumun arxasında hansı ölkələrin olması sualına isə belə cavab verib: “Britaniya hökuməti bu məsələ ilə bağlı istintaq aparmalıdır. Hansı məqsədlə səfirliyə hücum edilib? Arxasında kim, hansı qüvvələr dayanıb? Deyirlər ki, guya Küveyt qaçqınlarıdır, İrana qarşı da çıxış edirlər. Daha ətraflı şərh etmək üçün gərək istintaq əsasında ətraflı məlumat olsun. İndi bu barədə danışsaq, “cümə axşamı söhbətləri” olar, çünki hələ şərh vermək tezdir. Məndə olan məlumata görə 8 nəfər saxlanılıb. Saxlanılanlar dindirildikdən sonra məsələnin arxasında hansı qüvvələrin olduğu daha aydın bilinəcək”.

 

Aytəkin Qardaşova

Tarix: 5 Avqust 2022, 14:17   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin