BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Sadıxov vəfat etdi

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Əli Sadıxov vəfat edib.

 

Bu barədə AzTU-dan məlumat verilib.

 

Professor 84 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, Ə.Sadıxov 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunu (İndiki Azərbaycan Texniki Universiteti) maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisası üzrə bitirib. 1964-cü ildə Maşınqayırma texnologiyası kafedrasına assistent vəzifəsinə işə qəbul olunub. 1984-cü ildə dosent, 1991-ci ildə professor elmi adı alıb.

 

1971-1976-cı illərdə Əlcəzair Xalq Demokratik Respublikası, 1980-1984-cü illərdə Madaqaskar universitetlərində pedaqoji fəaliyyət göstərib. 1984-1987-ci illərdə Maşınqayırma texnologiyası kafedrasının müdiri, 1987-1989-cu illərdə Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyi) Ali Məktəblər İdarəsinin rəisi vəzifəsində çalışıb. 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunun tədris işləri üzrə prorektoru, 1990-1992-ci illərdə rektoru vəzifəsini icra edib. Onun rektor vəzifəsində çalışdığı dövrdə instituta universitet statusu verilib və Azərbaycan Texniki Universiteti adlandırılıb.

 

140-dan çox elmi-metodiki əsərin, o cümlədən 12 ixtira, 15 dərs vəsaiti və monoqrafiyanın müəllifidir.

Tarix: 5 Avqust 2022, 14:56   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin