BURADA REKLAMINIZ OLA
BİLƏR

"Londonda dini radikalların Azərbaycan səfirliyini ələ keçirməsi çox ciddi məsələdir"

“Londonda dini radikalların Azərbaycan səfirliyini ələ keçirməsi çox ciddi məsələdir. Səfirliyimizə hücuma görə  məsuliyyəti üzərinə götürən “Mehdi Xidmətçiləri Birliyi” görəsən bunu hansı məqsədlə edib?”.

 

Pravda.az xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib.

 

Ekspert sual edib ki, görəsən əvvəlcədən bu haqda Londonun xüsusi xidmətlərində məlumat olubmu: “Hücum zamanı xüsusi nərdivanlardan, alətlərdən istifadə olunması, London kimi dünyanın ən çox kameralaşmış şəhərində belə hücum aktının baş verməsi düşündürücüdür. Dünyanın ən güclü xüsusi xidməti olan bir ölkədə qabaqcadan hazırlığı şübhə doğurmayan bir hücumla səfirliyin işğalına imkan verilməsi çox maraqlıdır. Bu hadisənin həm də Qarabağda, Zəngəzurda separatçılara qarşı aparılan uğurlu anti-terror əməliyyatlardan sonra, bəzi ərazilərimizin işğaldan azad olunduğu bir zamanda baş verməsi də diqqətçəkəndir. Hiss olunur ki, sıradan bir etiraz, adi bir etiraz aksiyası deyil”.

 

“Dövlətimizə və bayrağımıza qarşı aqressivlik də diqqət çəkən bir vəziyyət idi. Hökumətimiz bu vandalizm aktına, onun təşkilatçılarının müəyyənləşməsinə, baş verənlərin mahiyyətinin üzə çıxarılmasına çox ciddi yanaşmalıdır” – O.Gündüz əlavə edib.

 

Kənan

Tarix: 5 Avqust 2022, 14:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin