BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Sosioloq: “Bakıda dini şüarları yığışdırmaq üçün nəzərdə tutulan tədbirləri tələsik həyata keçirmək olmaz”

“Bakıda rast gəlinən dini şüarları yığışdırmaq üçün nəzərdə tutulan tədbirləri tələsik həyata keçirmək olmaz. Bununla bağlı mütləq əvvəlcədən hazırlıq tədbirləri həyata keçirilməlidir. O şüarların təşkilatçıları, tərəfdarları ilə dostcasına  söhbət edilməli, onlarla şüarların niyə yığışdırılmalı olması müzakirə edilməlidir. Elə edilməlidir ki, şüarların yığışdırılmasında onlar da iştirak etsinlər”.

 

Bunu Pravda.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

 

Ə.Qəşəmoğlu qeyd edib ki, bu işləri qarşıdurma, zorakılıq yolu ilə deyil, ahəngdar münasibətlə həyata keçirmək lazımdır: “Bu, sadəcə, mənim bədahətən dediyim təklif deyil, müasir sosial idarəetmə elminin tələbidir”.

 

Leyla Yusubova

Tarix: 5 Avqust 2022, 15:42   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin