BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Xankəndiyə daxil olmağa ehtiyac olsaydı, Vətən Müharibəsində edilərdi, ordumuz şəhərin qapısında idi”

“Azərbaycan heç vaxt hərbi əməliyyatların tərəfdarı olmayıb. Dövlət başçımızın siyasəti sülh və danışıqlar yolu ilə razılaşdırılmış məsələləri kapitulyanta icra etdirməkdir. 44 günlük Vətən müharibəsində ordumuz nəyə qadir olduğunu sübut etdi. Bu gün erməni hərbi tör-töküntüləri Azərbaycanın Silahlı Qüvvələri qarşısında bir güc deyil. “Qisas” əməliyyatı bunu bir daha sübut etdi. Azərbaycan ordusu dünyanın çox az ordularındandır ki, hədəfi yerində məhv etmək təcrübəsini qazanıb.  Anti-terror əməliyyatlarının davam etdirilməsi isə situasiyadan asıllı məsələdir. Yenidən belə bir tələb yaranarsa, təbii ki, əməliyyat aparılacaq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat bildirib ki, Azərbaycan dövləti öz ərazisində konstitusion hüqularını bərpa etməlidir: “Çox təəssüf ki, arada bir yumruğumuzu işlətməyə məcbur oluruq. Hesab edirəm ki, ermənin başından yumruğumuz əskik olmamalıdır. Bununla yanaşı, imzalanmış üçtərəfli razılıqları yumruq gücü ilə icra etdirməliyik. Hərdən yumruğumuz erməninin başına dəyməlidir ki, ağılları başlarına qayıtsın və imza atdıqları sənədlərin müddəlarını icra etsinlər. Ordumuzun apardığı “Qisas” əməliyyatı da bu baxımdan çox böyük tarixi əhəmiyyət kəsb edir. Ölkə başçımızın tarixi bir ifadəsini yada salmaq istəyirəm: “Nəyi, necə və nə vaxt etmək lazımdırsa, bunu mən bilirəm””.

 

A.Badamov anti-terror əməliyyatının genişmiqyaslı müharibəyə çevrilib-çevrilməyəcəyi barədə isə belə deyib: “Apardığımız anti-terror əməliyatlarının genişmiqyaslı müharibəyə çevriləcəyini hesab etmirəm. Çünki 44 günlük müharibədə erməni ordusunun belini sındırmışıq. Ona görə də Ermənistan kapitulyasiya sənədinə imza atıb. Ermənistanın yenidən ordunu bərpa etməsi üçün on illər lazım olacaq, bu, bəlkə də mümkünsüzdür. Çünki müasir ordunun formalaşdırılması üçün ölkənin iqtisadi gücü olmalıdır. Ermənistan hərbi birləşmələrini əsasən ianələr hesabına saxlayır. Havayı verilmiş və kreditlər hesabına aldığı az miqdarda silah-sursatla ermənilər Azərbaycanın təcrübəli və güclü ordusunun qarşısına müharibə etmək adı ilə bir daha meydana çıxa bilməz. Amma bununla yanaşı, arada bir xırda təxribatlar da qaçılmazdır. Hesab edirəm, Ermənistan rəhbərliyi daxili siyasəti nəzarət altında saxlamaq üçün belə əməllərə əl atır. Yəni göstərmək istəyir ki, biz buyuq, Azərbaycanla heç vaxt silah gücü ilə danışa bilmərik və imzalanmış razılaşmalar icra olunmalıdır. “Qisas” əməliyyatından sonra erməni hakimiyyətinin hərəkətləri bunu bir daha göstərdi. Əgər Ermənistan yenidən müharibəyə əl atmaq istəsə, Azərbaycanın Müzəffər Ordusu və xalqı buna hər zaman hazırdır”.

 

Deputat “Azərbaycanın anti-terror əməliyyatlarına başlamışkən Xankəndiyə girməlidir” təkliflərinə belə münasibət bildirib: “Xankəndiyə girilməsi əsas məsələ deyil. Buna ehtiyac olsaydı, 44 günlük Vətən Müharibəsində edilərdi. Çünki ordumuz Xankəndinin qapısında idi. Dövlət baçımız üzaqgörən, müdrük siyasətçidir. Atdığımız hər bir addım ölçülüb-biçilir. Biz kosmosda yaşamırıq. Azərbaycan bir addım atırsa, gözlənilən bütün beynəlxalq təzyiqləri neytrallaşdırıb edir. Ona görə də 30 ildə ikili standartlara görə bərpa etdirə bilmədiyimiz ölkəmizin ərazi bütövlüyünü 44 gündə təmin etdik və heç bir xarici güc müdaxilə edə bilmədi. Dövlət başçımızın apardığı müdrik siyasət yenidən müharibə etməyimizə ehtiyac yaratmaz, ermənilərin yaşadıqları ərazilərimizdə də konstitusion hüquqlarımızın bərpasını təmin etməyimizə imkan verəcək. İndi diktə edən tərəf Azərbaycandır.  İmza atdırdığımız bütün sənədlərin icrasına Ermənistanı məcbur edəcəyik. Ermənilərin alternativi yoxdur və onlara bir daha belə bir imkan yaratmayacağıq. “Dəmir yumruq” yerindədir!”

 

Aytəkin Qardaşova

Tarix: 5 Avqust 2022, 16:45   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin