BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bizi aparıb bir kafeyə, dedilər ki, buradan çıxmayın” - Tünzalə

Xalq artisti Tünzalə Ağayeva “Nərgiz” jurnalına müsahibə verib.

 

Pravda.az xəbər verir ki, gənclik illərini xatırlayan sənətçi başına gələn bir hadisədən danışıb.

 

Ağayeva Gəncədə kollecdə təhsil aldığı zamanlardan söz açıb:

 

“Bir hekayəni xatırladım. Qəmbər Hüseynli adına Gəncə musiqi kollecinin birinci krus tələbəsi idim, 1993-cü il idi. Azərbaycan 1992-1993-cü illəri keşməkeşli və dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi bir dövr kimi xatırlayır. Yaxşı ki, o tarixi yaşamışıq. Gəncədə qorxulu hadisələr baş verirdi. Demək olar ki, vətəndaş müharibəsi vəziyyəti idi.

 

Dərsimi bitirmişdim, mərhum müəllimim Kəmalə xanım tapşırdı ki, başqa yerə yox, evə get, Gəncədə vəziyyət yaxşı deyil, küçədə əsgərlər dolaşır, təhlükəlidir. Mən ona söz verdim, amma sözünə baxmadım. Rəfiqələrimlə Sabir küçəsinə, Gəncənin mərkəzinə getdik, gördük ki, bizdən baqşa heç kim yoxdur.

 

O an hərbi maşın bizi gördü, oradakı əli silahlı şəxs qışqırdı ki, yerə uzanın. Biz üzüaşağı yerə yıxıldıq. Panika içərisindəyik, müəllimimim sözü yadıma düşürdü, həm də peşman idim. Həmin şəxs yaxınlaşdı, bizi yerdən qaldırdı. Dedi ki, küçədə nə gəzirsiz, görmürsüz nə baş verir?

 

O yadımdadır ki, bizi aparıb bir kafeyə, dedilər ki, buradan çıxmayın, gözləyin, yanımdakı qızlar daha pis vəziyyətdə idi. Özümü toparlamağa çalışdım. Gördüm ki, içəridə nə qədər insan var, onları sakitləşdirməyə çalışırdım.

 

Bu anda Tovuza xəbər çatır ki, Gəncədə vəziyyət qarışıqdı. Valideynlərim yaşadığım evə zəng edirlər, eşidirlər ki, yoxam. Kollecə zəng edirlər ki, orada da yoxam. Bir neçə saat məni axtarırlar. Vəziyyət dəyişəndən sonra evə getdim. Ev sahibi qorxu içində dedi ki, neçə saatdı səni axtarırıq. Səhəri gün mən Tovuza yollandım. Çünki Gəncədə həyat dayanmışdı, məktəb də yox idi. Atam dedi ki, səni Gəncəyə göndərməyə qorxuram, qiyabi təhsilə keçəcəksən.

 

Mən də ağladım, yalvardım ki, qiyabi oxuya bilməyəcəm, məndən nə musiqiçi olacaq? Atam isə dedi ki, sənin üçün əyani bitdi, sözə baxmadın, başına hadisə gələ, güllə dəyib ölə bilərdin. Mən isə evdə oturub ağlayırdım ki, təhsilim korlandı. Bir müddət sonra qiyabi təhsilə alışdım, müəllimliyə başladım”.

 

Olay.az

Tarix: 5 Avqust 2022, 17:22   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin