BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bizə ayın sonuna qədər şəhəri tərk etməyi tapşırıblar” - Laçındakı ermənilər

Laçında yaşayan ermənilər bu ayın sonuna qədər şəhəri tərk etməlidirlər.

 

Pravda.az xəbər verir ki, bunu “Azadlıq” radiosunun erməni bürosuna şəhərdə yaşayan ermənilər bildirib.

 

Laçında qanunsuz olaraq yaşayan erməni Anna Markaryan qeyd edib ki, bu barədə onlara şəhərin “meri” və “administrasiya rəhbəri” görüş zamanı deyib.

 

Bu arada Laçının Zabux kəndində qanunsuz olaraq məskunlaşan ermənilərə kəndi tərk etmək tapşırılıb. Belə ki, kənd sakini Ayk Xanumyan “Azadlıq” radiosuna bildirib ki, onlara kəndi tərk etmək üçün avqustun 25-dək vaxt verilib: “Bizə dedilər ki, ruslar gedəcək, azərbaycanlılar gələcək”.

 

Qafqazinfo

Tarix: 5 Avqust 2022, 17:32   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin