BURADA REKLAMINIZ OLA
BİLƏR

Əmisini dırmıqla öldürən şəxs məhkəmə qarşısında

Əmisini dırmıqla öldürməkdə təqsirləndirilən Bahadur İsmayılovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, topalanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi Azad Məcidovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb.

 

Qeyd: Bu il aprelin 20-də Laçın rayon sakini Bahadur İsmayılov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yaşadığı evin həyətində münaqişə zəminində əmisi Əşrəf İsmayılovun baş nahiyəsinə dırmıq ilə xəsarət yetirib.

 

Xəstəxanaya yerləşdirilən Ə.İsmayılov aprelin 26-da ölüb.

 

Laçın Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən B.İsmayılov tutularaq istintaqa təhvil verilib.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Tarix: 6 Avqust 2022, 08:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin