BURADA REKLAMINIZ OLA
BİLƏR

"Əzadarlığın islama aidiyyəti yoxdur" - Elşad Miri

“Əzadarlığın islama aidiyyəti yoxdur. Peyğəmbərin (s.ə.v) sağlığında üç qızı, üç oğlu vəfat edib. Amma Peyğəmbər (s.ə.v) özü nə elə bir əzadarlıq edib, nə də ki, belə davranmağı tövsiyə edib. Yaxud da valideynlərinə, əmisinə görə belə mərasimləri qeyd etməyib”.

 

Bu sözləri ilahiyyatçı Elşad Miri Məhərrəm ayında edilən əzadarlıqda uşaqlar da daxil yeniyetmə və gənclərin iştirakına münasibət bildirərkən deyib:

 

“Uşaqlar 15 yaşına qədər valideyn himayəsindədirlər. Əzadarlıq məclislərini yalnız müşahidə etmək üçün baxmağa normal yanaşıram. Mən özüm gedib əzadarlığa kənardan baxdığım dəfələrlə olub, hətta şəkil də çəkmişəm. Necə edildiklərini şəxsən, özüm də görmək istəmişəm. Burada bir qəbahət görmürəm. Amma sıxlıq yaranarsa uşaqlara müəyyən bir problem ola bilər. Heç bir valideyn də övladının ayağına tikan batmağını istəməz. Bunları nəzərə almaq lazımdır.

 

İslam dininin əsası Qurandır. Quranda əzadarlıq yoxdur. Quranı da sağlığında çatdıran peyğəmbər (s.ə.v) də  heç bir zaman belə bir şey eləməyibsə,  hətta, tövsiyə etməyibsə, onda biz nəyin müzakirəsini apara bilərik?!” - ilahiyyatçı fikirlərini bitirib.

 

Yenisabah.az

Tarix: 6 Avqust 2022, 14:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin