BURADA REKLAMINIZ OLA
BİLƏR

Əyləncə məkanlarının fəaliyyəti dayandırıldı – 1 ay müddətinə

Azərbaycanda bir ay müddətində alış-veriş mərkəzlərində əyləncə məkanlarının, xüsusilə uşaq əyləncə məkanlarının fəaliyyəti dayandırılmalıdır.

 

Pravda.az-ın xəbərinə görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi alış-veriş mərkəzlərinin fəaliyyəti ilə bağlı qaydalarda əksini tapıb.

 

Eyni zamanda alış-veriş mərkəzlərində girişlərdə hərarət ölçmə qurğularının istifadəsilə girişdə (parklanma girişləri daxil olmaqla)bütün daxil olanların hərarətinin yoxlanılması təmin edilməlidir.

 

Qeyd edək ki, Nazirlr Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb və 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi nəzərdə tutulub. Həmin tədbirlərdə ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq qaydalara riayət olunaraq həyata keçiriləcəyi qeyd edilir.

Tarix: 14 Mart 2020, 21:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin