“Londonda baş verənlərə reaksiya verməməyimizlə bağlı olan iddiaları qəbul etmirəm. Orada baş verən hadisə kifayət qədər aydındır. Azərbaycan dövləti də buna lazımi reaksiyasını verib. Böyük Britaniyanın müvəqqəti işlər müvəkkili Xarici İşlər Nazirliyinə dəvət olunub. Məsələ artıq araşdırılıb. Bunu törədənlərin kimliyi də məlumdur. Onlar vaxtilə Böyük Britaniyada qeydiyyatdan keçmiş sonra isə qeydiyyatları ləğv edilmiş Küveytdən olan radikal şiə qruplaşmasının üzvləridir. Biz orada baş verənləri birmənalı şəkildə pisləyirik. Londonda Azərbaycan dövlətinə qarşı təxribat törədilərək Azərbaycanın dövlət simvolu - bayrağımız yerə atılıb, müxtəlif dini şüarlar yazılıb. Məgər Azərbaycanda bayrağımıza qarşı olan belə həqarətə müsbət don geyindirib, buna xoş münasibət bəsləyən kimsə ola bilər?!”
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Deputat bildirib ki, rəhbərlik etdiyi Vəhdət Partiyası da Azərbaycan bayrağına qarşı, Azərbaycan Respublikasının ərazisi sayılan səfirliyimizə qarşı olan hücumu qətiyyətlə pisləyir və Böyük Britaniya hökumətindən təqsirkarların cəzalandırılmasını tələb edir: “İndi bununla bağlı işin aparıldığı və xeyli insanın həbs olunması məlumdur. Britaniya hökuməti bu hadisəyə insanların sərbəst toplaşmaq prinsipi altında don geyindirə bilməz, çünki burada Vyana öhdəliyi və digər beynəlxalq qanunlar ciddi şəkildə pozulub”.
Depuat bu məsələ fonunda Azərbaycanın xarici ölkə səfirliklərinə çalışan diplomatların daha məsuliyyətli olmalarının vacibliyini vurğulayıb: “Azərbaycan Prezidentinin bir sıra səfirlərimizin dövlətimizin mənafeyi üçün çalışmaqdansa, öz maraqlarına uyğun biznes fəaliyyəti göstərdiyini bildirməsi yadımdadır. Elin Süleymanova gəlincə, onu Amerikadakı fəaliyyətindən tanıyırıq. O, Amerikada özünü səfir kimi yaxşı göstərmişdi, amma indiki halda onun belə passiv mövqeyini anlamıram. Yəqin, hər şey aydınlaşacaq. Azərbaycan dövləti bu məsələ ilə bağlı kifayət qədər tədbir görür. İctimaiyyət də reaksiya verir. Biz gördük ki, dindarların şiə kəsimi Aşura mərasiminə Azərbaycan bayraqları ilə qatılmaqla dövlətimizə sadiq olduqlarını göstərdilər. Onlar dindən dövlətimizə qarşı istifadə olunmasına razı deyillər. Ümumiyyətlə, bu məsələlərə səbrli yanaşmaq lazım olduğunu hesab edirəm. Hər bir ziyanın içərisində xeyir də var. Bu hadisə Azərbaycan xalqınının, dünyadakı azərbaycanlıların Azərbaycan dövlətinə və onun bayrağına olan hörmətini daha da artırdı. Azərbaycanın önəmli dövlət olduğunu bir daha ortaya qoydu. Azərbaycan dövləti və xalqı bayrağımızın ətrafında birləşməklə bir olduğunu göstərdi. Bayrağımız həmişə uca olacaq, çünki bayraq elə bizim vətənimizdir, vətənimizin simvoludur”.
Leyla Yusubova
27 Aprel 04:26
27 Aprel 04:16
27 Aprel 04:13
27 Aprel 03:53
27 Aprel 03:49
27 Aprel 03:41
27 Aprel 03:38
27 Aprel 03:37
27 Aprel 03:30
27 Aprel 03:16
27 Aprel 02:55
27 Aprel 02:43
27 Aprel 02:31
27 Aprel 02:21
27 Aprel 02:11
27 Aprel 00:36
26 Aprel 23:23
26 Aprel 21:01
26 Aprel 21:00
26 Aprel 20:58
26 Aprel 20:35
26 Aprel 20:32
26 Aprel 19:56
26 Aprel 19:16
26 Aprel 19:10
26 Aprel 19:07
26 Aprel 19:07
26 Aprel 18:41
26 Aprel 18:37
26 Aprel 18:33
26 Aprel 18:31
26 Aprel 18:29
26 Aprel 18:20
26 Aprel 18:14
26 Aprel 17:46
26 Aprel 17:36
26 Aprel 17:25
26 Aprel 17:22
26 Aprel 16:39
26 Aprel 16:31
26 Aprel 16:27
26 Aprel 16:20
26 Aprel 16:09
26 Aprel 16:08
26 Aprel 16:00
26 Aprel 15:53
26 Aprel 15:51
26 Aprel 15:36
26 Aprel 15:28
26 Aprel 15:23
26 Aprel 15:22
26 Aprel 15:08
26 Aprel 15:06
26 Aprel 15:04
26 Aprel 15:03
26 Aprel 15:01
26 Aprel 14:53
26 Aprel 14:46
26 Aprel 14:25
26 Aprel 14:21
26 Aprel 14:16
26 Aprel 14:12
26 Aprel 13:54
26 Aprel 13:49
26 Aprel 13:21
26 Aprel 12:51
26 Aprel 12:50
26 Aprel 12:46
26 Aprel 12:38
26 Aprel 12:36
26 Aprel 12:34
26 Aprel 12:32
26 Aprel 12:26
26 Aprel 12:25
26 Aprel 12:18
26 Aprel 12:16
26 Aprel 12:12
26 Aprel 12:05
26 Aprel 11:45
26 Aprel 11:42
26 Aprel 11:34
26 Aprel 11:19
26 Aprel 11:15
26 Aprel 10:55
26 Aprel 10:46
26 Aprel 10:37
26 Aprel 10:31
26 Aprel 10:23
26 Aprel 10:20
26 Aprel 10:17
26 Aprel 10:09
26 Aprel 09:52
26 Aprel 09:50
26 Aprel 09:49
26 Aprel 09:42
26 Aprel 09:27
26 Aprel 09:18
26 Aprel 09:11
26 Aprel 08:59
26 Aprel 08:54
26 Aprel 08:51
26 Aprel 08:50
26 Aprel 08:46
26 Aprel 08:45
26 Aprel 08:43
26 Aprel 08:40
26 Aprel 08:38
26 Aprel 08:35
26 Aprel 08:31
26 Aprel 08:28
26 Aprel 08:25
26 Aprel 08:22
26 Aprel 08:18
26 Aprel 08:16
26 Aprel 08:15
26 Aprel 08:12
26 Aprel 08:09
26 Aprel 08:05
26 Aprel 08:02
26 Aprel 07:34
26 Aprel 06:43
26 Aprel 06:40
26 Aprel 01:46
26 Aprel 00:54
26 Aprel 00:49
26 Aprel 00:47
26 Aprel 00:44
26 Aprel 00:41
26 Aprel 00:31
26 Aprel 00:06
25 Aprel 23:02
25 Aprel 22:51
25 Aprel 21:25
25 Aprel 21:18
25 Aprel 20:52
25 Aprel 20:47
25 Aprel 19:47
25 Aprel 19:34
25 Aprel 18:51
25 Aprel 18:41
25 Aprel 18:39
25 Aprel 18:38
25 Aprel 18:36
25 Aprel 18:35
25 Aprel 18:32
25 Aprel 18:31
25 Aprel 18:29
25 Aprel 18:27
25 Aprel 18:26
25 Aprel 18:25
Ən son xəbərləri səhifəmizdən də izləyin