BURADA REKLAMINIZ OLA
BİLƏR

Yoluxanların bu günə olan statistikası

Azərbaycanda son sutkada koronavirus əleyhinə 1 839 vaksin vurulub.


Bu barədə Pravda az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 314, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 172 , üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 113, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 240 nəfərdir.


Qeyd edilir ki, vurulan peyvəndlərin ümumi sayı 13 827 603, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 368 294, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4 858 790, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 344 797, pozitiv nəticədən sonra "buster" doza üzrə peyvənd olunanların sayı 255 722 nəfərdir.

Tarix: 6 Avqust 2022, 19:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin