BURADA REKLAMINIZ OLA
BİLƏR

Kriminal avtoritet azadlığa buraxıldı - FOTO

Kriminal avtoritet Rüfət Zəngilanlı (Quliyev) həbsdən çıxıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, o, noyabrın 24-də cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

 

Qeyd edək ki, R.Zəngilanlı 2018-ci ilin may ayında həbs olunmuşdu. Həmin vaxt hüquq-mühafizə orqanlarının əməkdaşları Bakının Sabunçu rayonunda üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik maddələrin alqı-satqısı ilə məşğul olan şəxslər aşkar edib.

 

Sabunçu Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində Rüfət Quliyev saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman 1 ədəd "Makarov” markalı tapança və içərisində 1 ədəd patron olan daraq aşkar olunaraq götürülüb. O, ifadəsində odlu silah-sursatın ona məxsus olduğunu etiraf edib.

 

Qeyd edək ki, R.Quliyev əvvəllər də məhkum olunub. O, kriminal dairələrdə "Zəngilanlı Rüfət” kimi tanınır.

Fotoları təqdim edirik
Tarix: 25 Noyabr 2019, 00:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin