BURADA REKLAMINIZ OLA
BİLƏR

Maşının şüşəsindən çıxıb rəqs edən qız asfalta çırpıldı - VİDEO

Sosial şəbəkələrdə yayılan görüntülər gündəm olub.

 

Hadisə Rusiyada baş verib. Belə ki, hərəkətdə olan avtomobilin pəncərəsindən çölə "sallanan" qız, yıxılaraq asfalta çırpılıb. Arxadan gələn avtomobillərin hadisəyə tez reaksiyası olmasaydı bəlkə də qız maşınların altında qalardı.

 

Analoji hallara çox təəssüflər olsun ki, paytaxt küçələrində, dəniz kənarında, şəhərdən kənarda istirahətə gedən həmyerlilərimiz arasında da rast gəlmək olur. “Əylənirik, heç nə olmaz” deyərək təhlükəli hərəkət edənlər yarana biləcək qəzanın sanki fərqində deyillər. Ələxsus azyaşlıları avtomobildə nəzarətsiz qoyaraq bu kimi hallara yol verilməsinə şərait yaradan valideynlərə bu görüntülər dərs olsun.

 

Avtosfer.az

 

Tarix: 7 Avqust 2022, 09:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin