BURADA REKLAMINIZ OLA
BİLƏR

Operativ Qərərgah məlumat yaydı

Azərbaycanda koronavirusa 469 yeni yoluxma qeydə alınıb, 422 nəfər müalicə olunaraq sağalıb.


Bu barədə Pravda.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
 

Məlumata görə, sutka ərzində koronavirusdan vəfat edən olmayıb.


Ölkədə indiyədək 801 939 nəfər koronavirusa yoluxub. Onlardan 789 034 nəfər müalicə olunaraq sağalıb, 9 760 nəfər vəfat edib, aktiv xəstə sayı 3 145 nəfərdir.


Ölkədə son sutka ərzində 3 603, hazırkı dövrədək isə 7 069 761 test aparılıb.

Tarix: 7 Avqust 2022, 18:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin