Reklam

Bakıda usta 8 yaşlı uşağı döyərək ayağını sındırdı

Bakıda uşaq döyülərək ağır xəsarət alıb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Abbas Mirzə Şərifzadə küçəsində yaşayan 2012-ci il təvəllüdlü Hüseynov Musa Samir oğlu yaşadığı evin yaxınlığında yerləşən avtomobil təmiri sexinə daxil olub.

 

Uşağın valideynləri bildirib ki, məlum olmayan səbəbdən orada usta işləyən şəxs 8 yaşlı uşağı döyüb.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onda sol qamış sümüyünün sınığı aşkarlanıb və uşaq dərhal həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.Report

Tarix: 14 Mart 2020, 23:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin