BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda vəzifəli şəxs qəza törətdi: Ölən var

Şəmkir rayonunun Kür qəsəbəsinin bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib.

 

Pravda.az-ın məlumatına görə, hadisə avqustun 8-də gecə saat 2 radələrində qeydə alınıb.

 

Belə ki, Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Hadisə yolun qaranlıq hissəsində - Aşağı Quşçu kəndinin yaxınlığında olub.

 

Qəzada xəsarət alan şəxsə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

 

Araşdırma aparılır.

 

Məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a təsdiqlənib.

Tarix: 8 Avqust 2022, 10:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin