BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda Almaniya səfirliyinin 1-ci katibi qəzaya düşdü

Bakıda səfirlik avtomobili qəzaya düşüb.

 

Pravda.az-ın məlumatına görə, Nəsimi rayonu Rəsul Rza küçəsində Almaniya səfirliyində 1-ci katib vəzifəsində çalışan Rinke Thomasın idarə etdiyi “Mitsubishi” markalı 007 D 015 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxt sakini Təranə Məmmədovanın sürdüyü “KİA” toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, xoşbəxtlikdən ağır xəsarət alan olmayıb.

 

İlkin araşdırmalar zamanı hadisənin T.Məmmədovanın “yol ver” nişanının tələbinə əməl etməməsi səbəbindən baş verməsi məlum olub.

 

Araşdırmalar davam etdirilir.

 

Qafqazinfo

Tarix: 8 Avqust 2022, 11:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin