BURADA REKLAMINIZ OLA
BİLƏR

Əbülfəz Məlikovun ittiham oldunduğu maddələr məlum oldu

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan “Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikovun hansı maddələrlə ittiham olunduğu məlum olub.

 

Şirkət rəhbəri Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.

 

Səbail Rayon Məhkəməsində Əbülfəz Məlikov barəsində istintaq orqanı tərəfindən həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

 

Məhkəmənin qərarı ilə Əbülfəz Məlikov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

 

APA

Tarix: 8 Avqust 2022, 12:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin