BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Müharibədən sonra imdad diləyən ermənilərin çoxsaylı elektron müraciətləri daxil olurdu"

“Vaqo Qambaryan son 3 gündə artıq neçənci Ermənistan vətəndaşıdır ki, Azərbaycan Prezidentinə ictimai formada müraciət edir. Vətən Müharibəsindəki zəfərimizdən sonra mərkəzi icra orqanlarına, həm Xankəndini Milli Məclisdə təmsil edən həmkarım Tural Gəncəliyevə Azərbaycandan imdad diləyən ermənilərin çoxsaylı elektron müraciətləri daxil olurdu”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

 

Dputat bildirib ki, hətta Qarabağda hərbçilərimizə ermənilərin şəxsən yaxınlaşaraq kömək istəmələri barədə bir neçə fakt qeydə alınıb”

 

“Lakin əksər hallarda bu müraciətlər Qarabağda yaşayan ermənilərdən daxil olur və birmənalı olaraq qapalı xarakter daşıyırdı. "Qisas”dan sonra isə artıq nəinki Qarabağda yaşayan, hətta Ermənistan erməniləri də real vəziyyəti daha aydın başa düşür, nicatlarının Azərbaycanda olduğunu dərk edirlər və açıq formada Azərbaycan Prezidentinə müraciət etməkdən çəkinmirlər. Bu, artıq Ermənistanın 30 illik neonasist ideologiyasının içdən çürüməsi, təcavüzkar sistemin deqradasiyası deməkdir. Müzəffər Ali Baş Komandanın hücum doktrinası qalanı həm də içdən fəth etməkdədir”.

Tarix: 8 Avqust 2022, 16:43   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin