BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtomobil daş hasara çırpılıb, iki nəfər ölüb

Lənkəranda ağır yol qəzası baş verib.

 

Hadisə Lənkəran-Astara yolunun rayonun Vel kəndindən keçən hissəsində qeydə alınıb.

 

“VAZ-2107” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı daş hasara çırpılması nəticəsində üç nəfər xəsarət alıb. Onlar təcili yardımla Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan ikisinin - sürücü, 1999-cu il təvəllüdlü Fariz Ramiz oğlu Əliyev və onun sərnişini, 2000-il təvəllüdlü Ruslan Natiq oğlu Hüseynzadənin orada öldüyü bildirilir. Ağır yaralanan digər sərnişin isə 1990-cı il təvəllüdlü Tərlan İslam oğlu Rəhimovdur.

 

Məlumata görə, qəzaya düşənlər Lənkəran rayonu Səpnəkəran kənd sakinləridir.

 

Faktla bağlı araşdırma aparılır.

 

APA

Tarix: 8 Avqust 2022, 19:41   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin