BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi təsdiq olundu

“Dövlət və bələdiyyə tərəfindən yaradılan sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiq edilib.


Pravda.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.


Dövlət və bələdiyyə tərəfindən yaradılan sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnamə “Sosial xidmət haqqında” qanuna əsasən dövlət və bələdiyyə tərəfindən yaradılan sosial xidmət müəssisələrinin fəaliyyətinin tənzimlənməsi üçün onların nizamnamələrinin hazırlanması və dövlət qeydiyyatından keçirilməsi məqsədilə hazırlanıb.


Bu Nümunəvi Nizamnamə dövlət və bələdiyyə tərəfindən yaradılan Müəssisənin fərdi nizamnaməsinin hazırlanmasında əsas hesab olunur.


Müəssisə çətin həyat şəraitində yaşayan şəxslərə (ailələrə) (bundan sonra – şəxslər) evdə (səyyar), yarımstasionar, stasionar və sosial məsləhət xidmətlərini göstərən publik hüquqi şəxsdir.


Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi


şəxslərin (dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) tabeliyində Müəssisə Nazirlər Kabineti ilə razılaşdırmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılır.


Bələdiyyənin tabeliyində Müəssisə müvafiq bələdiyyə tərəfindən yaradılır.
 

Müəssisənin müstəqil balansı, əmlakı, bank hesabı, üzərində tabe olduğu dövlət orqanının (qurumunun) və ya bələdiyyənin adı, həmçinin öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları var.


Müəssisə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünüidarə- etmə orqanları ilə, tabe olduğu dövlət orqanının (qurumunun) və ya bələdiyyənin razılığı ilə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.


Qanuna uyğun olaraq Müəssisənin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Müəssisə məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.


Müəssisə ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Müəssisə Nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.


1.13. Müəssisənin Nizamnaməsində onun adı və yerləşdiyi ünvan göstərilir.

Tarix: 8 Avqust 2022, 22:19   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin