BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Almaniyadan Azərbaycana qaytarılan şəxs məhkəmə qarşısında

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Samir Aşurovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

İş hakim Məhəmməd Əkbərovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

İttihama əsasən, Samir Aşurov bu il aprelin 19-da Nizami rayonu ərazisində səkidə gedərkən qarşıdan gələn zəminində Şəki şəhər sakini Elşən Nəbiyev şəxsə çiyni ilə toxunduğuna görə aralarında mübahisə yaranıb. Daha sonra Samir Aşurov onu döyüb, daha sonra üstündəki bıçaqla xəsarət yetirib.

 

Onun Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, Samir Aşurov saxlanılaraq istintaqa təqdim edilib. 

 

Xatırladaq ki, Samir Aşurov martın 29-da Almaniyadan Azərbaycana qaytarılıb.

 

Kamal Məmmədov

Tarix: 9 Avqust 2022, 09:31   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin