Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Əliyevin qayınatasının evi 8 milyona satışa çıxarılıb?

Mərhum xalçaçı-rəssam, Azərbaycanın xalq rəssamı Kamil Əliyevin ev-muzeyi 8 milyon manata satışa çıxarılıb.

 

Pravda.az “Yeniavaz.com”a istinadən xəbər verir ki, bunu xalq rəssamının nəvəsi Kamran Cəfərov sosial şəbəkə hesabında yazıb.

 

Məlumat üçün bildirək ki, 5 mərtəbəli ev-muzeyi 2002-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində - Qüllə küçəsində inşa olunub.

 

Xalq rəssamının 11 ay (2004-2005-ci illər) yaşadığı evə ölümündən (1 mart 2005-ci il) sonra ev-muzeyi statusu verilib.

 

Kamran Cəfərov ev-muzeyinin kimlər tərəfindən satışa çıxarıldığını yazmasa da, hazırda həbsdə olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin də bu mülkə iddiasının olduğunu bildirib.

 

Onu da qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev xalq rəssamı Kamil Əliyevin qızının həyat yoldaşıdır.

Tarix: 9 Avqust 2022, 09:37   
Xəbər lenti
Çox oxunanlar