“2009-2011-ci illərdə Şeyxülislam Hacı Allahşükür Paşazadəyə İranın Borçalıda apardığı “dini siyasət”lə bağlı SOS siqanlı göndərmişəm. Özü ilə görüşüb izahat da vermişəm. Təəssüf ki, xeyri olmayıb. Azərbaycanda dini siyasət yerində deyil, dinə yanaşma ilə siyasi sistem arasında uçurum və boşluq var. Bu boşluqdan isə İran məharətlə istifadə edir. Ötən gün Aşura ilə bağlı keçirilən bütün tədbirlərdə ya İran səfirliyinin attaşeləri, ya da səfirin özü iştirak etdi. Nə Türkiyənin, nə Azərbaycanın rəsmi nümayəndələrindən, dini idarələrindən bir adam var idi. Artıq burada İranın dominantlığını görürəm, “maya” buraxaraq yaranmış sosial durumun ağırlığından istifadə edib müxtəlif vasitələrlə Qumu və Məşhədi borçalıların bir növ tapdaq yerinə döndərib. Qum və Məşhəd nə deməkdir, onu da çox gözəl bilirik...”
Bu sözləri Pravda.az-a Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ötən gün Borçalıda keçirilən Aşura mərasiminin müzakirələrə səbəb olan görüntüləri barədə danışarkən deyib.
O bildirib ki, İran Borçalıda etnik türkləri ayırmaq, məzhəb ayrımçılığını dərinləşdirmək, Gürcüstan vasitəsilə Türkiyə və Azərbaycan arasında mövcud insan körpüsünü zədələmək istəyir: “Məqsədi isə mahiyyət etibarilə orada cahillər ordusundan ibarət din pərdəsi arxasında haray-həşir yaratmaqdır. Bu gün müşahidə etdiyim budur. Borçalı qadınları mühafizəkardır. Onlar o cür geyinib küçələrə çıxsın, marşlarla getsinlər, bütün bunlar olmayıb, olası da deyil. Bu gün ailə sistemi tamam fərqlidir. İctimai auditoriyada qadının təqdimatı ayrıdır. Demirəm ki, “gerizəkalı”, xeyr, orada ilahilik, Allaha inanc var. Borçalı bir növ sufi ocaqlarından olub. Heç vaxt məzhəb ayrımçılığı olmayan Borçalıda artıq məzhəb ayrımçılığının elementləri hiss olunur. Borçalıda yaranmış boşluqda İranın, o cümlədən Gürcüstanın müəyyən şovinist, ermənilərin, Rusiyanın müəyyən dairələrinin ortaq əməyini görürəm. Türkiyə və Azərbaycanı yaxınlaşdıran bütün vasitələri zədələməyə çalışırlar. O vasitələrdən biri çox əhəmiyyətli strateji nöqtədə Borçalı və Axısqadır”.
Z.Məmmədli deyib ki, Azərbaycan rəsmi siyasi kursunda Borçalıya yönəlik, dinə münasibətdə fundamental yeniliklər etməyə məhkumdur: “İnsanlarımızı elmə, təhsilə, XXI əsrin Gürcüstanında rəqabət aparacaq gənc nəslin yetişməsinə yönəltməliyik. Təəssüf ki, SOCAR da siyasi dairədir. SOCAR-ın Gürcüstanda ayırdığı vasitələr məhz bu cür mənfi tendensiyanın Borçalıda boy atmasına imkan yaradır. SOCAR-ın maliyyəsi milli maraqlar üzərində köklənib, Borçalıda düzgün yönəldilsəydi, orda artıq Harvard Universiteti kimi dünyanın məşhur universitetlərini bitirmiş çox yüksək keyfiyyətli gənclərimizi görə bilərdik. Təəssüf ki, Borçalıda kifayət qədər qıtlıq var, amma onun yerini bu dini fanatizm və İranın siyasi şiəliyi tutub. Qınayıram. Borçalının dini rəhbəri ilə də zaman-zaman görüşüm olub, münasibətimi, yanlışlıqları bildirmişəm. Görünür, onların iradələrindən asılı olmayan müəyyən məsələlər var. Hətta məni anlayaraq, anladığını dərk edərək, eyni zamanda alternativ bir yol ortaya qoymaq iddiasında olmadığını etiraf edən dini liderləri də var. Adlarını çəkmirəm... Azərbaycan Borçalıdakı insan potensialından düzgün istifadə etməlidir. Dinin yerini cəmiyyətimizdə aydın müəyyən etməliyik. Azərbaycanda dinin yeri müəyyən deyil, açıq şəbəkədir. Təəssüf ki, məscidlərimiz daha çox İranın təbliğat ofislərinə çevrilib”.
Sədr bilirib ki, bunun qarşısını almağın sadə həll yolu var: “Cəmiyyətləşmə, millətləşmə prosesini açıq tutmaq lazımdır. Demokratiyaya keçidlə bağlı cəsarətli addımlar atmalıyıq, Rusiyanın, İranın müəyyən dairələrinin buxovlarından azad olmalıyıq. Demokratiyanı, sosial ədalət prinsiplərini boğduqca, insanlar alternativ yol axtarır və İranın şirin ləhcə ilə, “ağalar” deməklə, könül ovlamaqla, “maya” buraxmaqla o insanları ələ almaq imkanları genişlənir. Bu gün İranın dini siyasətinin yürüməsi Azərbaycanda sosial siyasətin yanlışlığının nəticəsidir. İnsanlarımız dini rəhbərin, bələdiyyənin, məmurların qəbuluna düşə bilmirlərsə, alternativ olaraq rahat şəkildə qapısını üçüncü qüvvəyə aça bilir. Bu, ən ciddi məsələdir. Ona görə də Azərbaycanda fundamental islahatlar aparılması çox önəmlidir. Bu gün islam təmayüllülər bayraq qaldırdı deyə öyünürük. Çox gülməli və biabırçı bir şeydir. Birinci növbədə bu, vətəndaşdır. Bayraq onun üçün qutsaldır. Sən onun üstünə minnət də qoy ki, nə yaxşı bayrağını qaldırıb. Aşuranı fərqli formada təqdim etmək olar. Sinə döyməklə, küçələrdə yürüş keçirib özünü göstərməklə yox, məsələn, kiməsə yaxşılıq edərək, sədəqə verərək, ibadət edərək, dua oxuyub qurban kəsərək, əməllərlə göstərmək olar. Təəssüf ki, Azərbaycan millətləşmə prosesi ilə yanaşı, dövlət təfəkkürünün ictimailəşməsi baxımından da kifayət qədər geridədir. Çünki sosial ədalətsizlikdir, qanun şah deyil. İdarəetmə sistemimizi millətin ruhu ilə deyil, kənarların diktəsi ilə həyata keçiririk. Bəlkə, Rusiya çöksə, bizdə də demokratiyaya keçidlə bağlı nələrsə ola bilər. O da millətə aşağılayıcı bir şeydir. Millətin ruhu Məhəmməd Əmin Rəsulzadə ruhuna, demokratiya ruhuna çox yaxındır. Dini tolerantlıqdan çox danışırıq. Dini siyasətdən ayırmalıyıq, diplomatlarımız, xarici kəşfiyyat orqanlarımız güclü işləməlidirlər”.
Z.Məmmdəli Borçalıda hökm sürən hazırkı dini vəziyyətlə bağlı yenidən müraciət edib-etməyəcəyini belə cavablandırıb: “Yenidən müraciət edəcəyik. Fikir verdinizsə, deputat Fazil Mustafa kifayət qədər fəal mövqe göstərdi. Hələ ki, müşahidə edirəm. Baxıram, cəmiyyətlə eyni fikirləri bölüşürük. Fazil Mustafanın dediyi fikirləri zaman-zaman müzakirə etmişik. Müşahidə edirəm ki, Allahşükür Paşazadəyə müraciət etməyin bir xeyri varmı? Görüşündə çox şeylərdə gücsüz olduğunu etiraf etməsindən başqa bir yenilik əmələ gəlməyib. Daha çox da İranla öz düşüncələrini görür, İran təqviminə uyğun olaraq dini rituallarını həyata keçirir və təbii ki, bağlılıq var. Siyasi hakimiyyətə müraciət etməyin adı varmı? Ümumiyyətlə, siyasi hakimiyyət bunu dərk edirmi? Müraciətlər quyuya düşəcək, amma yenə də etmək olar. 2009-cu illərdə SOS siqnallarını bir kitabça halında çap etmişik. Biz demişik, deyə-deyə gəldik. Hətta Borçalıda İrana bağlı olan saytlar mənim fətvamı verdilər, ölüm hökmü çıxardılar. Hətta Borçalının məscidlərinin birində ciddi şəkildə İran ayətullahlarının iştirakı ilə müzakirə olunmuşam. İranın Azərbaycana, türk millətinə münasibəti dost, islama münasibəti səmimi deyil. Əksinə, məqsədi islamda bölücülük aparmaq, siyasi maraqlarına uyğun İslamı istisamar etməkdir. Cəmiyyətləşməyə aşağıdan başlamaq lazımdır. Maarifləndirmə mütləqdir. Borçalıdakı dini ritualların altında yazılan rəylərdə az təqdir gördüm. Bunun özü sevindirici haldır. Deməli, fərqli düşünən ciddi bir toplum var. Bax, bu, toplumu düzgün yönəltmək lazımdır. Qarşıdurma ilə yox, İranın cənginə keçmiş gəncliyimizi oradan almaqla. Onları şirnikləşdirici vədlərdən uzaqlaşdırıb, daha rasional, yaradıcı cəmiyyətin içinə transformasiya etdirmək lazımdır. Bunun üçün dövlət mexanizmi işləməlidir, təssüf ki, o da yoxdur. İş düşür tənqidi medianın, aydınlarımızın üzərinə. Ciddi bir müqavimət başlamalıdır. İctimai müqaviməti təşkil etsək, ciddi nəticə əldə edə bilərik”.
Aytəkin Qardaşova
19 Mart 12:45
19 Mart 12:25
19 Mart 12:05
19 Mart 12:01
19 Mart 11:39
19 Mart 11:15
19 Mart 10:27
19 Mart 10:16
19 Mart 10:13
19 Mart 09:55
19 Mart 09:13
19 Mart 09:10
19 Mart 09:06
19 Mart 08:54
19 Mart 08:47
19 Mart 08:46
19 Mart 08:46
19 Mart 08:45
19 Mart 08:44
19 Mart 08:42
19 Mart 08:42
19 Mart 08:41
19 Mart 08:40
19 Mart 08:38
19 Mart 08:38
19 Mart 08:34
19 Mart 08:33
19 Mart 08:33
19 Mart 08:32
19 Mart 08:31
19 Mart 08:28
19 Mart 08:23
19 Mart 08:18
19 Mart 08:14
19 Mart 08:10
19 Mart 08:05
19 Mart 08:03
19 Mart 07:35
19 Mart 07:33
19 Mart 07:31
19 Mart 07:29
19 Mart 06:12
19 Mart 06:09
19 Mart 06:07
19 Mart 06:06
19 Mart 06:04
19 Mart 06:03
19 Mart 06:02
19 Mart 06:00
19 Mart 05:57
19 Mart 00:25
19 Mart 00:21
19 Mart 00:16
18 Mart 21:52
18 Mart 21:04
18 Mart 20:53
18 Mart 20:48
18 Mart 20:42
18 Mart 20:23
18 Mart 20:09
18 Mart 20:05
18 Mart 19:47
18 Mart 19:35
18 Mart 19:19
18 Mart 19:17
18 Mart 19:12
18 Mart 19:09
18 Mart 19:06
18 Mart 19:01
18 Mart 18:59
18 Mart 18:37
18 Mart 18:35
18 Mart 18:31
18 Mart 18:24
18 Mart 18:03
18 Mart 18:01
18 Mart 17:58
18 Mart 17:53
18 Mart 17:40
18 Mart 17:00
18 Mart 16:53
18 Mart 16:34
18 Mart 16:07
18 Mart 16:06
18 Mart 16:05
18 Mart 16:03
18 Mart 16:02
18 Mart 16:00
18 Mart 15:59
18 Mart 15:57
18 Mart 15:56
18 Mart 15:53
18 Mart 15:50
18 Mart 15:41
18 Mart 15:27
18 Mart 15:24
18 Mart 15:22
18 Mart 15:10
18 Mart 15:03
18 Mart 14:47
18 Mart 14:44
18 Mart 14:43
18 Mart 14:33
18 Mart 14:27
18 Mart 14:08
18 Mart 14:02
18 Mart 13:54
18 Mart 13:49
18 Mart 13:46
18 Mart 13:45
18 Mart 13:33
18 Mart 13:32
18 Mart 13:31
18 Mart 13:30
18 Mart 13:28
18 Mart 13:27
18 Mart 13:26
18 Mart 13:23
18 Mart 13:19
18 Mart 13:13
18 Mart 13:11
18 Mart 13:07
18 Mart 12:56
18 Mart 12:50
18 Mart 12:48
18 Mart 12:46
18 Mart 12:43
18 Mart 12:40
18 Mart 12:38
18 Mart 12:32
18 Mart 12:28
18 Mart 12:24
18 Mart 12:14
18 Mart 11:58
18 Mart 11:43
18 Mart 11:34
18 Mart 11:32
18 Mart 11:29
18 Mart 11:27
18 Mart 11:23
18 Mart 11:19
18 Mart 11:18
18 Mart 11:04
18 Mart 10:56
18 Mart 10:50
18 Mart 10:48
18 Mart 10:42
18 Mart 10:37
18 Mart 10:35
18 Mart 10:31
Ən son xəbərləri səhifəmizdən də izləyin