BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Mirəliyev: "Ərəblər deyirlər ki, siz niyə bizə yas saxlayırsınız?"

“Sovet dövründə polislər bizi məscidə buraxmırdılar. Biz də elə məscidin yanında yaşayırdıq və damlardan keçərək məscidin həyətinə girə bilirdim. Uşaq idim, maraqlı gəlirdi ki, orada nə edirlər. Zəncir vururdular, qan çıxarırdılar, “ya Hüseyn, zalım gəldi” kimi sözlər deyirdilər. Bu illərlə bizdə davam edən adətdir. İmam Hüseyni hamı Peyğəmbərimizin nəvəsi kimi qəbul edib. Seyid nəslindən olsam da şiə və sünni bölgüsünü qəbul etmirəm, çünki biz türk millətiyik. Ölən də, öldürən də ərəb olub. Ona görə də ərəblər deyirlər ki, siz niyə bizə yas saxlayırsınız?”

 

Bunu Pravda.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib.

 

Ə.Mirəliyev bildirib ki, uşaqları Aşura mərasimlərinə aparmaq olmaz: “O vaxt məscidə gedəndə 16 yaşım vardı. Yeniyetməlik yaşına çatmayan uşaqları ora niyə aparırlar ki? Birinci sinifə gedən, 8-9 yaşı olan uşağın orada nə işi var? Böyüklər ilərlə davam edən bu ənənəni davam etdirirlərsə, qoy etsinlər. Aşuradır, bir gün olur... Amma uşaqları özləri ilə aparmasınlar.”

 

Leyla Yusubova

Tarix: 9 Avqust 2022, 15:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin