BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyev İslamiadada iştirak edən Azərbaycan idmançılarını təbrik etdi

"Bu dəfə də əminəm ki, idmançılarımız gözəl nəticə göstərəcəklər. Artıq bir qızıl medalımız var. Komandanı bu münasibətlə təbrik etmək istəyirəm".

 

Pravda.az-ın xəbərinə görə, bu fikirləri Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib.

 

"Oyunların rəsmi açılış mərasimi bu gündür. Amma artıq oyunlar davam edir. Əminəm ki, bu gözəl nəticə digər idmançılar üçün də gözəl stimul olacaq", - Prezident vurğulayıb.

 

Qeyd edək ki, Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən atlet Anna Skidan çəkicatma növündə qızıl medal qazanıb.

Tarix: 9 Avqust 2022, 16:30   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin