BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bakcell" yenidən məhkəməyə verildi

Şamaxı rayonu Dəmirci bələdiyyəsi "Bakcell" MMC-ni yenidən məhkəməyə verib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə bələdiyyə Sumqayıt Kommersiya Məhkəməsinə üz tutub.


Belə ki, Dəmirci bələdiyyəsi məhkəmə iddiasında "Bakcell"dən qanunsuz tikilinin sökülməsini tələb edir.


İddia hakim Həlimə Alıyevanın sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.


Qeyd: Daha əvvəl Dəmirci bələdiyyəsi "Bakcell" MMC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdi.

 

Kamal Məmmədov 

Tarix: 9 Avqust 2022, 19:04   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin