BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xətai Park” Yaşayış Kompleksi yaxınlığındakı şam ağacları xəstəlikdən quruyub

Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, “Xətai Park” Yaşayış Kompleksi yaxınlığındakı şam ağaclarının qurudulması barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

 

Pravda.az-ın xəbərinə görə, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, ağacların dibindən torpaq nümunələri götürülərək analiz edilib və ağacların kənar müdaxilə nəticəsində deyil, onlara düşən xəstəlik səbəbindən quruduğu müəyyən olunub.

 

Vaqif Cavadov əlavə edib ki, qurumuş ağacların əvəzinə payız mövsümündə yeni ağaclar əkiləcək.

Tarix: 9 Avqust 2022, 18:11   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin