BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Abbas: “Qurban Qurbanovun heç bir mükafatda gözü yoxdur”

“Hələ oyundan əvvəl demişdim ki, “Qarabağ” “Ferenstvaroş”u tapdalayıb keçəcək. Bu oyunla da komanda Stanislav Çerçesovu da, Rusiyada onun tərəfini tutan erməni mətbuatını da tapdadı, keçdi. Bu münasibətlə komandanı təbrik edirəm, çox gözəl oyun oldu. “Qarabağ” bir daha Avropanın güclü klublarından biri olduğunu sübut etdi”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

 

“Qurban Qurbanovun ən böyük mükafatı komandasının qələbə qazanmasıdır. Onun heç bir mükafatda gözü yoxdur. Ümumiyyətlə, o, hansısa mükafat, ad haqqında fikirləşən oğlan deyil, ən böyük mükafatı komandasının uğurudur” - A.Abbas qeyd edib.

 

Leyla Yusubova

Tarix: 10 Avqust 2022, 11:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin