BURADA REKLAMINIZ OLA
BİLƏR

Hacı Əliyev finala yüksəldi

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünə çıxıb.

 

Pravda.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda özbəkistanlı Umidjon Jalolovla qarşılaşıb.

 

Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev finala yüksəlməklə, ən azı gümüş medalı təmin edib.

 

Qeyd edək ki, daha sərbəst güləşçilərdən Turan Bayramov (74) və Abubakr Abakarov (86) yarımfinala adlayıblar.

Tarix: 10 Avqust 2022, 15:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin