BURADA REKLAMINIZ OLA
BİLƏR

Xalq artisti ağır xəstəliyə qalib gəldi - FOTO

Xalq artisti Ramiz Novruz ağır xəstəliyə qalib gəlib.

 

Pravda.az xəbər verir ki, bu barədə Ramiz Novruzun qızı stilist Şəfəq Novruzova sosial şəbəkə hesabında yazıb.

 

Onun sözlərinə görə, atasının sağalması öncə Allahın, sonra Heydər Əliyev Fondunun köməkliyi ilə baş tutub.

 

“Bizim çəkdiklərimizi heç kim bilmədi. Papamın xəstəlik xəbərini ilk eşidəndə maddi yox, mənəvi olaraq çox aciz və əlacsız vəziyyətdə idik. Çünki bizə bəzi həkimlər çox üzücü bir xəstəlik tarixçəsi demişdilər, hətta “pul xərcləməyə dəyməz, gözləyin nə qədər yaşayar yaşayar” bildirmişdilər. Bəzən pul belə insana kömək etməyə bilir. Heydər Əliyev Fondu bizi düzgün ünvana göndərdi. Papam arıqlasa da sağlamlığı yerindədir, hətta kökəlməyə də başlayır“ - Şəfəq Novruzova qeyd edib.

 

Qeyd edək ki, Xalq artisti uzun müddətdir ki, mədə xərçəngindən əziyyət çəkirdi.

 

Teleqraf.com

 

 

Tarix: 10 Avqust 2022, 15:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin