BURADA REKLAMINIZ OLA
BİLƏR

“Koroğlu”da səkini parkinqə çevirdilər - FOTO

Bakıda “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin girişindəki səki parkinqə çevrilib.

 

Pravda.az-ın xəbərinə görə, səkidən əsasən taksilər istifadə edir.

 

Bakı Nəqliyyat Agentliyinin əməkdaşları ərazidə olsalar da, buna reaksiya vermirlər.

 

Vətəndaşlar bunun yolverilməz olduğunu bildiriblər. Qeyd olunub ki, avtomobillər səkidən istifadə etdiyinə görə səkilərə döşənən “tamet” daşları sıradan çıxır.

 

Qeyd: “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi 2019-cu ilin sentyabrında istifadəyə verilib. Mərkəzin açılışında Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib.

 

 

Fotoları təqdim edirik
Tarix: 15 Mart 2020, 17:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin