BURADA REKLAMINIZ OLA
BİLƏR

“Pul enerjisi atalarımızdan, babalarımızdan gələn enerjidir” – Psixoloq

“Pul enerjisi atalarımızdan, babalarımızdan gələn enerjidir. Bu enerjinin hansı səbəbdən kəsilməyinə baxmaq lazımdır. Bəzən bunu məlumat kimi bilirik, bəzən isə bundan, ümumiyyətlə, xəbərimiz olmur. Repressiya dövründə sürgün olunan babalarım var idi. Onlar bu dövrdə hər şeylərini itirmişdilər. Biz artıq onların dördüncü nəsliyik. Bizə qədər olan bütün nəsillərdə “böyük pullar böyük dərdlərdir”, “çox pul çox dərd deməkdir”, “çox pul çox problem deməkdir” kimi cümlələr işlədilib. Uşaqlıqdan beynimizdə oturan bu kimi qəliblər yetkin yaşlarımızda bizdə pul travması, pul karması, yəni pul bloku yaradırlar. Bu bizə babalarımızdan keçmə qəlibdən əlavə uşaqlığımızdan aldığımız informasiyaya da dayanır. Yəqin ki, bunu çoxumuz eşitmişik “filan qonşunun çoxlu pulu var. O, bunu necə qazanıb? Halal yolla qazanmayaıb, haram yolla qazanıb”. Bizə uşaqlıqdan halal, haram, çətinliklə və asanlıqla qazanılan, əziyyətlə qazanılmalı olan pullar şəklində informasiyalar gəlir. Pul necə haram ola bilər ki? Yəni burada haram, halal məsələsi deyil. Burada əsas olan pulun tək enerji olmasıdır. Pul bizim dəyərlərimizə əsasən qazanılır”.

 

Pravda.az xəbər verir ki, bunu psixoloq Günel Xəlilova deyib.

 

G.Xəlilova bildirib ki, haram, halal, əziyyətlə, əziyyətsiz qazanılan pul anlayışları yoxdur: “Pul bizim dəyərlərimizə uyğun formada qazanılmalıdır. Dəyərlərə uyğun olaraq bizə pul enerjisi gəlir. Pulu ayırdıqca onun enerjisini də ayırırıq. Beləliklə də pulun enerjisi parçalanır. Mən uşaqlıqdan “lazımi qədər pul”, “çox olmayan pul”, “hər şeyimə yetəcək qədər pul” kimi məlumatlar almışam. Bu informasiyaya çatanda anladım ki, həyatımda uzun müddət hər şeyə yetəcək qədər pul olub, yəni bundan artığı olmayıb. Çünki uşaqlıqdan bizə verilən qəliblər bu olub. Siz də bu informasiyanı, inancları, qəlibləri özünüzdə tapıb onları dəyişdirə bilərsiz. Bir vərəq götürüb ora pulla bağlı uşaqlığınızdan, qonşunuzdan, ətrafınızdan, xalqın dilindən, televizordan, kinolardan eşitdiyiniz yüzdən artıq qəlibi, inancı, ümumiyyətlə, bütün informasiyanı yazın. Sonra onlardan hansıların sizə aid olub-olmamasına baxın. Onları daha pozitiv cümlələrlə əvəz edin. Bəlkə də bu bir müddət sizə süni gələcək, amma müəyyən müddətdən sonra bu, sizdə pulla bağlı yeni bir forma, yeni bir informasiya  yaradacaq. Bunu ilk növbədə bizdən sonra gələn nəsillərin kök inancları və qəliblər ilə böyüməməsi üçün etmək lazımdır. Qoy, onlar pulun azad enerji olduğunu hiss etsinlər. Kök inancımız varsa, mütləq onun arxasında qorxu yatır. “Birdən mən bu pulu başqa formada qazanaram. Onda necə olar?” Ümumiyyətlə, “pulun başqa formada qazanılması” deyilən məfhum yoxdur. Dəyərlərə uyğun həyatımız var. O həyatımıza uyğun isə pul enerjimiz möcvuddur. Biz pulu həyatımıza hansı formada çağırsaq, o da həmin formada gələcək. Atalarımızdan, analarımızdan, qonşulardan, hansısa mühitdən ötürülən qorxuları özümüzdə dayandırmalıyıq”.

 

Leyla Yusubova

Tarix: 10 Avqust 2022, 19:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin