BURADA REKLAMINIZ OLA
BİLƏR

Röya şəhidin sevgilisinə yazdığı sözlərə mahnı oxudu - VİDEO

Xalq artisti Röya Ayxan şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı ifa edib.

 

Şəhidin qardaşı Hikmət Əliyev həmin məktubu bəstəkar Fərid Kərimliyə göstərib. Bəstəkar məktubdakı sözlərə musiqi bəstələyib.

 

Mahnı “Yada düşürsən” adlanır. Xalq artisti Nurəddin Mehdixanlı isə şəhidə həsr olunan sözləri qiraət edib.

 

Müğənni studiyada mahnını oxuduğu anları instaqramda paylaşıb. 

 

“Ürəyimdən gəldi, demo paylaşmaq istədim. Notlarda səhvim ola bilər. Fikir verməyin. Çünki sözlər ürəyimə toxundu”,- sənətçi bildirib.

 

Qeyd edek ki, Pərviz Həsən oğlu Əliyev Birinci Qarabağ müharibəsində iştirak edib. O, Füzuli rayonundan Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçib. 5 aprel 1993-cü ildə Məngələnata yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub.

 

Yenisabah

Tarix: 11 Avqust 2022, 00:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin