BURADA REKLAMINIZ OLA
BİLƏR

Xaçmazda atasını öldürən oğuldan xəbər var

Xaçmazda atasını öldürməkdə təqsirləndirilən Pərvin Neymətovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, topalanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi Aynur Rzayevanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə bu ilin mayında rayonun Niyazoba kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1963-cü il təvəllüdlü Hacıkərim Münsaha oğlu Neymətov ailə münaqişəsi zəminində öz oğlu Pərvin Neymətov tərəfindən bıçaqlanıb. Müxtəlif dərəcəli bıçaq xəsarətləri alan H.Neymətov hadisə yerində ölüb. Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Kamal Məmmədov

Tarix: 11 Avqust 2022, 08:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin