BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda blokda azyaşlıya bıçaqla hücum edən məhkəmə qarşısında

Bakıda azyaşlıya qarşı quldurluq etməkdə təqsirləndirilən Pərvin Bünyatovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, topalanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi İradə Həsənzadənin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə bu il mayın 17-də baş verib. Belə ki, Bünyatov Pərvin Türbət oğlu paytaxtın Q.Nəbi küçəsi ev 2 ünyanının qarşısından keçərkən mobil telefonla danışaraq həmin binanın 3-cü blokuna daxil olan azyaşlı Ümid Quliyev (ad və soyad şərtidir) arxasınca bloka daxil olaraq ondan danışmaq bəhanəsi ilə telefonu alıb. Mobil telefonun kilidli olduğunu görüb, azyaşlıya bıçaqla həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edib. Telefonun kilidini öyrənərək hadisə yerindən qaçıb. Bununla da Ümid Quliyevə 200 manat dəyərində ziyan vurmaqla quldurluq edib. Faktla bağlı Xətai Rayon Polis İdarəsində CM-nin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayəti törədən Pərvin Bünyatov şübhəli şəxs qismində tutulub.

 

Kamal Məmmədov

Tarix: 11 Avqust 2022, 08:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin