BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Sosial şəbəkələrdə özbaşınalığın qarşısı alınmalı, böhtan və təhqir kampaniyaları aparanlar cəzalandırılmalıdır”

“XXI əsr texnologiya əsridir və texnologiyanın ən sürətlə inkişaf etdiyi dönəmdə yaşayırıq. İnternet resursları üzərindən müxtəlif sosial şəbəkələr vasitəsilə insanlar arasında ünsiyyət qurulur. Təəssüf ki, burada yalnız normal ünsiyyətin şahidi olmuruq. Müəyyən qüvvələr sosial şəbəkələrdən güc vasitəsi kimi istifadə edir. Bu səbəbdən də burada anarxiyanın və xaosun olduğunu görürük”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat qeyd edib ki, sosial şəbəkələrdə Azərbaycanın milli mentalitetinə uyğun olmayan davranışlar sərgiləyərək müəyyən çərçivəni aşanlar var: “Bunu edən qüvvələr xalqımızın milli-mənəvi dəyərlərinə zərbə vurmağa çalışırlar. Anti-Azərbaycan, ermənipərəst təşkilatların əlində alətə və nökərə çevrilmiş, xaricdə oturub adlarını bloqer, ictimai fəal, jurnalist qoyan bu qüvvələr milli-mənəvi dəyərlərimizə tamamilə zidd olaraq təhqir, söyüş, böhtan, şər kampaniyası aparırlar. Bu qüvvələr sosial şəbəkələrin verdiyi imkanlardan istifadə edərək xalqımıza, dövlətçiliyimizə, müstəqilliyimizə, suverenliyimizə qarşı şər-böhtan kampaniyası aparmağa çalışırlar. Bir daha qeyd edirəm ki, belə çirkin əməllərə əl atanlar anti-Azərbaycan, ermənipərəst və digər anti-milli dairələrin əlaltısına çevrilmiş, onların tapşırıqlarını yerinə yetirən qüvvələrdir. Belə olan halda, bu sahə ilə bağlı yeni qanun layihələrinin hazırlanmasına çox ciddi ehtiyac var. Bir çox qabaqcıl ölkələrdə - ABŞ-da, Fransada, Almaniyada, Polşada qəbul olunmuş bir sıra qanun layihələri var, nifrət çıxışlarına qarşı bu cür mübarizə aparırlar, kimliyindən aslı olmayaraq sosial şəbəklərdə belə çıxışlar edən şəxslər cəzalandırılır. Bizdə də qarayaxma, təhqir, böhtan kampaniyası aparanlara qarşı belə qanun lahiyələri olmalıdır. Onlar hüquq qarşısında cavab verməlidirlər. Azərbaycan hüquqi dövlətdir və bu istiqamətdə də uğurla inkişaf edir. Müəyyən qanun layihələrinin qəbulu sosial şəbəkələrdə özbaşınalığın, anarxiyanın, xaosun, xüsusilə də təhqir və şər-böhtanın qarşısını almaq üçün ciddi bir addım olacağını düşünürəm. Vətən müharibəsində əldə etdiyimiz böyük, tarixi zəfərdən sonra ölkəmizin nüfuzunun dünyada durmadan artdığı bir dövrdə müstəqilliyimizi, suverenliyimizi, ərazi bütövlüyümüzü möhkəm qorumaq, ölkəmizi inkişaf etdirmək istiqamətində atdığımız addımları daha səmərəli və keyfiyyətli həyata keçirmək, xalqımızın bu gün əldə etdiyi ən böyük sərvətlərindən biri olan həmrəyliyi daha da möhkəmləndirmək üçün belə addımların atılması vacibdir. Sosial şəbəkələrdə anarxiyanı və özbaşınalığı yığışdırmaq lazımdır. Biz bu gün həmçinin təhqir və şər-böhtan kampaniyalarında saxta profillərə sahib sosial şəbəkə istifadəçilərinin də iştirak etdiyini görürük. Belə profillərin qarşısının alınmasında da mühüm addımlar atılmalı və onlar da qanun qarşısında cavab verməlidirlər. Radikal dini cərəyanlarda birləşən bəzi qüvvələr tərəfindən də ciddi işlər aparılır. Onların da qarşısı ciddi şəkildə alınmalıdır”.

 

Leyla Yusubova

Tarix: 11 Avqust 2022, 16:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin