BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Rzayev: “Xidmət səviyyəsi yüksək olsa, insanlar internetin bahalaşmasından narazı qalmazlar”

“Qiymətlərin artırılması ilə heç vaxt razı deyiləm, bu, insanların büdcəsinə ziyandır. Çörəyin, ərzağın qiyməti qalxır. Tənzimlənməli, müəyyən qaydalar əsasında olmalıdır. Hər birimiz internet istifadəçisiyik. İnternet tariflərinin artırılması insanların büdcəsinə ziyan edir. İstər nazirliklər, istər komitələr, istər sahibkarlar olsun, bu barədə fikirləşməlidirlər. Hamı qiymətləri artırmaq, çox qazanc götürmək istəyir. Axı bu insanların gəlirini, maddi vəziyyətini də düşünmək lazımdır”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Tahir Rzayev Azərbaycanda internet tariflərinin artırılması barədə danışarkən deyib.

 

“Qiymətin artması insanlara nə qədər problemlər yaradacaq... Xidmətin səviyyəsi yüksəldilməlidir. Xidmət səviyyəsi yüksək olsa, internetin bahalaşmasından insanlar narazı qalmazlar. Heç olmasa, bir əsas gətirsinlər ki, niyə bahalaşdı? Xidmətin səviyyəsi aşağıdırsa, bugünkü təlabata cavab vermirsə, insanların narazılığına səbəb olursa, yenidən qiyməti artırmaq əlavə problemlər, narazılıqlar yaradacaq. Nazirlik bu barədə fikirləşməlidir”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 11 Avqust 2022, 18:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin