BURADA REKLAMINIZ OLA
BİLƏR

Abid Qafarovun şikayətinə bu tarixdə baxılacaq

“Bakı Birlik Təşkilatı” İctimai Birliyinin sədri, “Youtube”dakı “KimTV” kanalının aparıcısı Abid Qafarovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası avqustun 22-nə təyin edilib.

 

Şikayət hakim İlqar Murquzovun sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: Abid Qafarovun həbsi tələbilə xüsusi ittiham qaydasında qaldırılmış iddia Yasamal Rayon Məhkəməsində baxılıb. Hakim Rauf Daşdəmirovun sədrliyilə keçirilən iclasda hökm çıxarılıb. Hökmə əsasən, o, 1 il müddətinə həbs edilib.

 

Xatırlatma: Abid Qafarova qarşı iddia qaldıran 7 nəfər müharibə veteranı ərizəsində göstərib ki, təşkilat rəhbəri qaziləri təhqir edib, onları “müti” adlandırıb. İddiaçıların sayı əvvəl 7 nəfər olsa da, sonradan onlardan dördü şikayəti geri götürüb.

 

Abid Qafarov isə bu iddianı əsassız sayır. O, barəsində olan hökmdən apellyasiya şikayəti verib.

 

Kamal Məmmədov

Tarix: 11 Avqust 2022, 19:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin